Qazaxda əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun xatirəsi anılıb. 60 ildən çox Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərən Dədə Ədalətin bu gün də xalqın ürəyində yaşadığına diqqət çəkiblər. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında fəaliyyətlərindən söz açılıb. Dədə Ədalətin Qazaxda abidəsinin qoyulması xalqmızın öz ustadına verdiyi ən böyük dəyər kimi qiymətləndirilib. Dədə Ədalətin möhrünü vurduğu "Yanıq Kərəmi” mahnsının sədaları altında abidənin üzərindəki ağ örpək götürülüb və Ədalət sevərlər abidə qarşısında öz ehtiramlarını ifadə ediblər. Anım tədbiri Gənclər Mərkəzində Ədalət məktəbinə, sazına, şeirlərinə, aşıq sənətinə həsr edilən gənc aşıqların el havaları və “Ədalət Dastanı” adlı kitabın təqdimatı ilə davam edib.
Natiq Hüseyn
- Baxış: 1059