Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə” 2-ci qrant müsabiqəsi çərçivəsində Qazaxda “Fransız dili müəllimlərinin regional forumu” keçirilib. Bu rayonla yanaşı, Ağstafa və Tovuzdan olan müəllimlərin də iştirak etdiyi tədbirdə Fransız dilinin tədrisində interaktiv metodlardan istifadə etməklə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı bilgilər verilib.Bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənən yeni qayadlar bütövlükdə təhsilin inkişafına xidmət edəcək. Bölgədə fransız dilinə olan maraqdan danışılıb. Vurğulanıb ki, regionlarda yeni məktəb binalarının inşası, eləcə də maddi texniki bazanın möhkəmləndirilməsi şagirdlərin müxtəlif dilləri yüksək səviyyədə mənimsəməməsinə şərait yaradıb. Fransız dili müəllimləri layihənin əhəmiyyətini yüksək qiymətləndirib, gələcək prespektiv planlardan danışıblar. Məktəblilər fransız dilində şeirlər səsləndiriblər. Forum qarşılıqlı diskusiya şəklində davam edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
- Baxış: 1161