• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 15.09.2018 18:11

Bu gün ölkə məktəblərində Bilik günü qeyd olunur

KepezTV Player

Bilik Günü Gəncənin 46 orta ümumtəhsil müəssisəsində böyük coşqu ilə qeyd olunub. Bu tədris ilində şəhər məktəblərində 40 min 80 şagird təhsil alacaq ki, onların da 4 200-ü birincilərdir. 2880 uşaq isə məktəbəqədər hazırlıq qruplarında oxuyacaq. Bütün məktəblərdə şagirdlərin təlim-tərbiyəsi ilə 3868 pedaqoq məşğul olacaq. Yeni tədris ilində məktəblilər üçün 18 adda 2979 komplekt dərslik, müəllimlər üçün isə 18 adda 857 komplekt dərs vəsaiti təhsil ocaqlarına çatdırılıb. Ötən tədris ilində Gəncə məktəblərinin 1048 məzunu ali məktəblərə, 195 nəfər isə orta ixtisas təhsili müəsisələrinə qəbul olub. Orta məktəblərdə ilk zəng çalındıqdan sonra şagird və müəllimlər üçün yeni tədris ili başlayıb.

Kəlbəcər rayonun 109 orta ümümtəhsil məktəbi respublikanın 19 ayrı-ayrı regionunda fəaliyyət göstərir. Onlardan 94-ü tam, 15-i isə ümumi orta məktəblərdir. Yeni tədris ilində Kəlbəcər məktəblərinin 14 min 773 şagirdinə 2830 pedaqoq dərs deyəcək. Şagirdlərdən 1394 nəfəri birinci sinfə, 880 nəfəri isə məktəbəqədər hazırlıq qrupuna gedənlərdir. Ötən il rayonun orta ümümtəhsil məktəblərinin 1153 məzunundan 553-ü tələbə adını qazanıb. Yeni tədris ili üçün rayonun bütün orta ümümtəhsil məktəbləri lazımi inventarlarla təmin edilib.

Bilik günü  Samux rayonunun bütün orta məktəblərində təntənəli mərasimlə qeyd olunub. Bu il rayonun 35 ümümtəhsil müəssisəsinə 978 şagird ilk dəfə qədəm qoyur. Ümumilikdə rayon üzrə 9 minə yaxın şagird təhsil alır. Samux şəhər 2 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə çıxış edənlər ötən dərs ilində təhsil ocağının məzunlarının qazandığı uğurlardan danışıblar. Hazırda bu müəssisədə çalışan pedaqoji kollektivin 50 faizdən çoxu təhsil ocağının öz məzunlarıdır. Bu il ali məktəblərə sənəd verən 24 məzunun 11-i tələbə adını qazanıb. Son 3 ildə 100-dən çox məzun ali məktəblərə daxil olub. Builki dərs ilində məktəbdə 511 şagird təhsil alacaq ki, onların da təlim-tərbiyəsi ilə  55  nəfərdən ibarət pedaqoji kollektiv məşğul olacaq. Şagirdlər bütünlüklə dərsliklərlə təmin olunublar. Çıxış edənlər ölkə təhsilində qazanılan naliyyətləri yüksək qiymətləndiriblər. Sonda fəaliyyətində fərqlənən müəllimlərə fəxri fərman təqdim olunub.