Çörəyi dizində olandan qaç! İllərin süzgəcindən keçən bu atalar sözü özünü bir daha doğrultdu. Belə ki, Goranboy rayonun Goran qəsəbəsində xarici vətəndaşa məxsus mağazadan oğurluq edilib. Məlum olub ki, nəfsinə güc gələ bilməyən şəxs elə mağazanın sürücüsü imiş.
Türkiyə Respublikasının vətəndaşı Temiz Serkan Necati Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus, rayon ərazisindəki pərdə-tül mağazasına sentyabrın 11-dən 12-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradakı seyfdən 17.000 ABŞ dolları məbləğində pul oğurlayıb. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirilib.
Elçin Əzizov - Goranboy Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi: Həmin şəxslər tez bir zamanda tərəfimizdən saxlanıılıb, maddi sübutlar götürülüb, onlar barəsində həpsqətimkan tədbiri seçilib. Hazırda həmin şəxslərin duigər cinayətlərdə əlinin olub olmaması araşdırılr."
Ağasəf Seyidov - saxlanılan şəxs:Mağazaya gizli girmək arxa tərəfdən idi mağazanın qarşısında kameralar var idi. Müşahidə elədik arxadan kamera çəkməyən yerdən daxil olduq. İlk dəfədir oğurluq edirəm.
Hadisənin digər iştirakçısı Elmir Əliyev ölkəni tərk etmək istəyərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırmalar aparılır.
- Baxış: 545