Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatında son 13 gün ərzində 756 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 8 400 kv.m əraziyə yerüstü və 400 kv.m əraziyə isə yeraltı baxış keçirilib.
- Baxış: 516