Gədəbəy rayonunda strateji məhsul sayılan kartofun yığımına başlanılıb. Həm məhsuldarlıq yüksəkdir, həm də bu il zərərvericilər məhsula az ziyan vurub. Qiymətlər də fermerlərin ürəyincədir.
2018-ci məhsul ili üçün Gədəbəydə 11 810 hektarda kartof əkilib. Hər hektardan 110 sentner məhsul yığılması proqnozlaşdırılır. Hazırda sahələr xüsusi texnikalar vasitəsilə qazılır, kartof isə əl əməyi ilə yığılır. Dövlət tərəfindən hər hektar üçün fermerlərə 50 manat subsidiya verilir. Məhsulun normalara uyğun şəraitdə saxlanılması məsələsi də diqqətdədir.
Asəf Nağıyev Gədəbəy Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru: “Məsələ qaldırılıb, hazırda rayonda soyuducu kameralar yoxdur ki, fermerlər hamısı şəxsi təsərrüfatlarında yığılan məhsulu kartof anbarlarında saxlasınlar.
Fermer Əli İsmayılov bu il İvanovka kəndi ərazisində 11 hektar sahədə toxumluq kartof əkib. Təsərrüfat sahibi 350 ton toxum tədarük etmək niyyətindədir. Məqsəd bölgənin tələbatını yerli istehsal hesabına ödəməkdir. Fermer bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinə layihə də təqdim etməyi planlaşdırır.
Əli İsmayılov - toxumçu fermer: “Gədəbəydə sahələrdən fermerlər15 tondan artıq kartof götüə bilmirlər hər hektardan. Məndə təklif edirəm ki, bölgədə toxumçuluğu yaradım və kartofçuluqla məşğul olanlara toxum verim ki, hər hektardan 30-40 ton məhsul götürsünlər. Özümdə aqrotexniki qulluğa nəzarət edim. Əgər mən bu gün 11 hektar əkirəmsə istəyirəm bunu 50 hektara qaldırım. Məqsəd Gədəbəy rayonuna kənardan kartof toxumunun gətirilməsini qarşısını almaqdır.
Bu il sahələrdə bitki-mühafizə tədbirlərinin vaxtında aparılması məhsulun keyfiyyətli yetişməsinə və bol olmasına zəmin yaradıb. Aran zonasından fərqli olaraq Gədəbəydə kartof güvəsinin kütləvi sirayətlənməsi müşahidə edilməyib.
Eldar Quliyev – Gədəbəy Rayon Bitki Mühafizə Mərkəzinin baş aqronomu: “Kartof güvəsi yox dərəcəsindədir bizdə. Biozim 600-700 hektar aran zonasında Qoşabulaq Pərizamanlı istiqamətində daim nəzarətdə saxlanılır. Orda az miqdarda güvə aşkar olundu və lazımı tədbirlər görüldü”
Hazırda Gədəbəyədə kartofun 1 kiloqramı alıcılara 50-60 qəpiyə təklif olunur.
Xaliq Qurbanlı
- Baxış: 476