• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 12.09.2018 15:06

Heyvandarlığın inkişafında yemləmənin əhəmiyyəti yerli və xarici mütəxəssislərlə birgə müzakirə edilib

KepezTV Player

Heyvandarlıq Elmi Tətqiqat İnstitutunda təşkil edilən seminarda yeni üsulların tətbiqi və qeyri ənənəvi yemləmə yolları fermerlərə aşılanıb.
 

Rüfət İbrahimov - fermer: 25 iri buynuzlu, 450 xırda buynuzlu heyvanım var. Heyvanları yemləmədə çətinliklərimiz olur. Bunun üçün də qeyri ənənəvi yemləməni dəstəkləyirəm. Bu üsül heyvanların saxlanması üçün çox böyük potensial yaradır.

Bu gün ölkəmizdə 2 milyon 700 min baş iri buynuzlu heyvan bəslənilir. Bunların 1 milyon 300 mini sağılır. Bunların yemlənməsi ənənəvi üsulla həyata keçilir. Mütəxəssislər məhsuldarlığı artırmaq üçün qeyri ənənəvi yemlərdən istifadəni məsləhət görür.

Asəf Ömərov - Kənd Təsərüfatı Nazirliyinin şöbə müdiri: Qeyri ənənəvi üsullar ondan ibarətdir ki, heyvanların enerjili və zülal balanslı yemələnməlidir. Yəni heyvanların məhsuldarlığına uyğun olaraq fərdi yemləndirilməsidir.

Ənənəvi yemləmədə təbii örüş otlaq sahələri normadan çox yüklənir və bu məhsuldarlığın azalması ilə nəticələnir. Qeyri ənənvi yemləmənin tətbiqi isə ilk növbədə heyvandarlqla məşğul olan fermərlərin, qış aylarında yemləmə problemini aradan qaldırar.

Mahir Hacıyev - Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru: Heyvanların sayının yüksək səviyyədə artması, Respublikada otlaq sahələinin azalması, yem bitkilərinin az miqdarda olması ona gətirib çıxarır ki, qış mövsümündə fermerlərin çətinlik çəkir. Bu məqsədlədə respublikada fəaliyyət göstərən yem zavodları artır. Bu isə yem bazasının möhkəmlənməsi deməkdir. Bizim istiqamət və iş prinsipimiz ondan ibarətdir ki, elmi tətqiqat müəsisələri fermerlərlə əlaqəli iş prinsipini qurmaq bununla da elmin son nəticələrini fermerlərə təbliğ etməkdir.

Azərbaycanda ət və süd məhsullarına olan təlabatının 88 faiz ödənildiyinin vurğulandığı seminarda “Heyvanların yemlərlə zəhərlənməsi və ona qarşı mübarizə tədbirləri” , “Yemləmənin törətdiyi xəstəliklərin səbəbləri və praflaktikası” , “Qeyri ənənəvi yemləmədə istifadə olunan yem birkilərinin genetik müxtəlifliyi kimi mövzular ətrafında məruzələr dinlənilib.

 

Elnur Vahidoğlu