• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 11.09.2018 15:08

Şəmkirdə əkin sahələrinin yandırılaraq nəzarətsiz qoyulması 67 ağacın məhvinə səbəb oldu

KepezTV Player

Taxıl sahələrinin biçindən sonra yandırılmasına qarşı İnibati Xətalar Məcəlləsində cərimələr müəyyən edilsə də bəzi fermerlər və əkin aparan təsərrüfat sahibləri buna məhəl qoymur. Elə Şəmkirdə yandırılan hektarlarla biçin sahəsi ətraf mühitə ciddi ziyan vurub. Hazırda aidiyyatı qurumlar bununla bağlı araşdırmalar aparır.

Şəmkir rayon ərazisində əkin sahələrinin biçindən sonra yandırılması bu mənzərəni ortaya qoyur. Bu hələ azmış kimi nəzarətsiz alov yol kənarında mövcud olan yaşıllıqların da məhvinə gətirib çıxardıb.

Bir neçə gün bundan əvvəl baş verən yanğın hadisəsi 15 hektar biçılmış taxıl sahəsini əhatə edib. Alov daha sonra Bakı-Qazax avtomoagistralı boyunca mövcud olan 67 ədəd müxtəlif diametirili ağacların da yanmasına səbəb olub. Bunula bağlı Ekologiya və təbbi Sərvətlər nazirliyinin 2 saylı Regional Ekologiya İdarəsində araşdırmalara başlanılıb. Yanğına ilkin səbəb kimi təsərrüfat sahibinin ərazini yandırlması və yaxud əraziyə siqaret kötüyünün atılması göstərilir. Müstəqil ekspert İrşad Abbasov Azərbaycanda əkin sahələrinin biçindən sonra yandırılmasını ekoloji cinayət adlandırır.

İrşad Abbasov - ekoloq: Əkin sahələrinin biçindən sonra yandırılması biomüxtəlifliyə ciddi zərər vurur. Nəyin ki, əkin sahəsində ətraf bölgənində biomüxtəliyini zərbə altında qoyur. Ona görə də əkin sahələrini yandırılmasına ciddi qaydada nəzarət olunmalıdır və o şəxslərə qarşı cəza tədbirlərinin həyata keçirmək vacibdir.

Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsindən isə bildirilib ki, biçindən sonra taxıl sahələrinin yandırılmasının qarşısını almaq üçün kənd bələdiyyəl'ri və icra nümayəndəliklərinə xəbərdaredici məktublar ünvanlanıb. İnzibati Xətalar Məcəlləsin 2018-ci il fevralın 1-dən qüvvəyə minən 244.1 maddəisnə əsasən əkin sahəsini yandıran fizik şəxslərə 400 manatdan 600 manaq qədər, vəzifəli şəxslərə 1500 manatdan 2 min manata qədər, hüquqi şəxslərə isə 5 mindən 6 minə qədər cərimə müəyyyən edilib. Şəmkirdə çoxillik ağacların da məhvinə səbəb olan yanğın hadisəsinin səbəbləri müəyyən edildikdən sonra adiyyatı üzrə tədbirlər görüləcək.

 

Xaliq Qurbanlı