KepezTV Player
Bakıda Heydər Əliyev Prospektinin Sabunçu rayonu ərazisindəki körpüyə 1 nəfərin əlində bağlama ilə yaxınlaşması mühafizə polisinin diqqətindən yayınmayıb. Körpünü mühafizə edən polis əməkdaşları tərəfindən mühafizə polisindən kömək istənilib. Dərhal operativ qrup hadisə yerinə yollanıb.
Çantanın içərisində başqa bir şəxsə aid şəxsiyyət vəsiqəsi,texniki pasport, 2 mobil telefon, pul və saat olub. Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları paytaxt sakini Malik Hüseynovu aidiyyəti üzrə 13-cü polis bölməsinə təhvil veriblər. Bölmədə onun başqa əməlinin də üstü açılıb.
Faktla bağlı araşdırma aparılır.
- Baxış: 613