2017/2018-ci tədris ilində Goranboy rayonunda orta təhsilini başa vuran şagirdlərin 861 nəfəri yəni 51% tələbə adını qazanıb. Bu barədə rayon müəllimlərini ənənəvi sentyabr konfransında məlumat verilib. Görüşdə Səfikürd kənd orta məktəbini şagirdi Kənan Məmmədəlinin 700 bal toplamaqla Bakı Ali Neft Akademiyasına, 70 nəfəin isə 500-690 bal arası ölkənin müxtəlif ali təhsil ocaqlarında məzun adını qazandıqları qeyd olunub. Konfransda ötən tədris ilində 58 tam orta, 10 ümumi orta, 10 ibtidai məktəb, 2 məktəbəqədər təhsil ocaqlarında 17 mindən artıq şagird təhsil alıb, onların təlim tərbiyəsi ilə 2560 müəllim məşğul olub. Uğurlarla yanaşı rayonun 3 kəndinin məzunlarını ali təhsil ocaqlarına qəbul qeydə alınmadığı və nəticəsi aşağı olan orta təhsil ocaqlarını pedoqoji heyyəti barədə tədbirlərin görüldüyüdə diqqətə çatdırılıb. Görüşdə qabaqcıl və faəllığı ilə seçilən pedaqoqlara Təhsil Nazirliyinin 1 tərifnaməsi, diplomları, eləcədə Yeni Azərbaycan Partiyasına üzv olan müəllimlərə partiya biletləri təqdim olunub.
- Baxış: 476