Şagirdlər üçün nəzərdə tutulan dərsliklərin məktəblərdə paylanmasına başlanılıb
Bu məqsədlə Gəncə şəhər təhsil idarəsi tərəfindən 18 adda 2979 komplekt dərslik və 18 adda 857 komplekt müəllimlər üçün nəzərdə tutulan vəsaitin təhsil ocaqlarına çatdırılması təmin edilib. Dərsliklər şagirdələrə 1 tədris ilində istifadə edilmək üçün verilir və hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir. Dərsliklərin şagirdlərə vaxtında çatdırılması üçün məktəb direktorlarına xüsusi göstəriş verilib.
Elşən Məmmədov - Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi: Sentyabr ayının 3 dən başlayaraq Gəncə şəhər ümumtəhsil məktəblərində də şagirdlərə dərsliklərin verilməsinə başlanılıb.2-ci,3-cü, və 7-ci sinif dərsliklərinin müddəti bitdiyi üçün dəyişdirilib. 11-ci sinif yeni kurikulum proqramına keçdiyinə görə, kitablar tam olaraq dəyişdirilmişdir. Və hər bir şagird yeni dərsliklərlə təmin olunub.
- Baxış: 493
