KepezTV Player
Daha bir ağır qəza paytaxtın Qaradağ rayonunda baş verib. Lökbatan qəsəbəsində qəsəbə sakini Bilal Hüseynov “AzSamand” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı reklam dirəyinə çırpılıb. Zərbədən avtomobil tamamilə deformasiyaya uğrayıb, sürücü hadisə yerində ölüb. Onun cəsədi FHN-in xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəzada xəsarət alan iki sərnişin isə xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
- Baxış: 556