Bakının Nərimanov rayonunda kürəkən qayınanasını qətlə yetirib. Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova qızı Leylanı həyat yoldaşı ilə mübahisə etdiyi üçün ata evinə çağırıb. Kürəkəni Cəsarət İsgəndərov da hiddətlənərək ora gəlib. Qapı və pəncərələr bağlı olduğundan, İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Daha sonra isə qayınanasının ürək nahiyəsinə iki bıçaq zərbəsi endirib. İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Qadın xəstəxanada dünyasını dəyişib. Qızı isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həyati təhlükəsinin aradan qaldırıldığı deyilir.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. C.İsgəndərov istintaq qrupu tərəfindən saxlanılıb. Verilən məlumata görə, hadisə vaxtı o, sərxoş vəziyyətdə olub. Cütlüyün birgə nikahdan 3 aylıq qız övladı var.
- Baxış: 858