Bu gün Azərbaycanda 520 mindən çox əlil insan var ki, onlardan da 220 mini qadınlardır. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Əlil Qadınlar Cəmiyyəti Gəncədə əlliliyi olan qadınlara münasibətdə ayrı-seçkilk mövzusunda iki günlük təlimlərə start verib. Məqsəd əlil qadınların qarşılaşdıqları problemlər, onların səhiyyə, məşğulluq, təhsil və infrastrukurla bağlı çətinliklərinə diqqət çəkməkdir. Görüşdə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası yönümündə son illər həyata keçirilən dövlət proqramlarından da danışılıb. Təlimləri uğurla başa vuran iştirakçılar Əlil Qadınlar Cəmiyyəti tərəfindən sertifikatlarla təmin olunacaqlar.
Məhluqə Rəhimova Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin prezidenti: Əlilliyi olan qadın və qızlarımızın cəmiyyətdə önəmə çəkilməsi və ən əsası isə əliliyi olan qızlarımızın ailə qurmaları, ailə məsələlərinə dəstək verilməsidir. Bundan başqa orta məktəbi bitirən əlil qızlarımızın ali məktəblərə daxil olması kimi qarşılarında duran barıyerləri dəf etməkdir. Bu gün apara biləcəyimiz kompaniyaların başlıca məqsədi cəmiyyətimizi maarifləndirmək və əlilərə dəstək kompaniyalarını təşkil etməkdir.
- Baxış: 500