Goranboy Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtoxuliqanlara, yol hərəkəti qaydalarını pozanlara, eləcə də nəqliyyat vasitəsini sərxoş halda idarə edən sürücülərə qarşı mübarizəni daha da gücləndiriblər. Reyd zamanı sükan arxasında sənədsiz əyləşən, avtomobilin konstruksiyasına dəyişiklik edən, sərnişindaşıma qaydalarına əməl etməyən, eləcə də digər qayda pozuntularına yol verən sürücülərlə marifləndirici söhbətlər aparılıb, qanunun tələbləri ətraflı izah edilib.
Dağ rayonu olan Daşkəsəndə də baş verə biləcək qəzaların qarşısının alınması üçün yol polisi əməkdaşları sürücüləri marifləndirməyə çalışırlar. Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda təşkil olunan yoxlamalar zamanı sükan sahiblərinə qanunun tələbləri izah olunub. Yay mövsümündə hərəkətin intensivliyi müşahidə olunan yolda avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, ən əsası sükan arxasında sənədsiz əyləşən sürücülər barəsində qanuna müvafiq tədbirlər görülüb.
Yol polisi əməkdaşlarının maarifləndirici reydləri qarşıdakı günlərdə digər şəhər və rayonlarda da davam etdiriləcək.
- Baxış: 541