• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1010
— 27.08.2018 13:33

Göygöl və Şəmkirdə reyd keçirilib

KepezTV Player

Bu görüntülər Göygöldə lentə alınıb. Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi növbəti dəfə qaydaları pozan, avtomobilin konstruksiyasına dəyişiklik edən sürücülərə qarşı reyd keçirib. Hərəkətin intensiv olduğu ərazilərdə təşkil olunan reyd zamanı polis əməkdaşları sürcülərlə söhbətlər aparıb, onlara yol hərəkəti qaydalarına əməl etməyin zəruriliyi çatdırılıb. Təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmayan və digər qayda pozan sürücülər haqqında protokol yazılıb, inzibati məsuliyyətə cəlb ediliblər.

Baş verə biləcək yol qəzalarının qarşısının alınması üçün reydlər Şəmkirdə də davam etdirilib. Yol polisləri ilə sürücülər arasında müəyən mübahisəli məslələr yaransada məqsəd sürücülərin marifləndirilməsi olub.

Şəmkir-Kür qəsəbəsi avtomobil yolunda təşkil olunan yoxlamalar zamanı əsas hədəf sükan arxasında sərxoş və sənədsiz əyləşən sürücüləri müəyyən etmək olub. Eyni zamanda sənədsiz sərnişindaşıma ilə məşğul olan sürücülər də asayiş keşikçilərinin diqqət mərkəzində olub. Reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan sükan arxasında əyləşən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində müvafiq tədbirlər görülüb.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan yoxlamalar zamanı xeyli sayda avtomobil saxlanılıb. Reydlər qarşıdakı günlərdə də davam etdiriləcək.

 

Natiq Hüseyn