KepezTV Player
Bununla bağlı şəhər Gənclər Evində təqdimat mərasimi keçirilib. Tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, şəhər rəhbərliyi, müxtəlif idman növləri üzrə fəaliyyət göstərən məşqçilər, həmçinin fiziki məhdudiyyətli idmançılar iştirak ediblər. Yığıncaqda Gəncə və ətraf şəhər və rayonları əhatə edəcək bölmənin sədri də təqdim olunub. Bu vəzifəyə Rio-2016 Paralimpiya Oyunlarının qalibi, eləcə də Avropa və dünya çempionu Ramil Qasımov təyin edilib.
Orxan Cəfərzadə
- Baxış: 1297