KepezTV Player
Salyanda bədbəxt hadisə baş verib. Hamilə qadın dünyasını dəyişib. Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, 203 ünvanında 8 aylıq hamilə olan 20 yaşlı Hökumə Məmmədova gecə saatlarında qəfil dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, qadın epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 606