Binəqədi rayonu Motodrom yaşayış massivində Sahib Səfərovun evindən 6 min manat pul və 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə məlumat verib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini əvvəllər məhkum olunmuş Mustafa Hacıyev saxlanılıb. O, ifadəsində tərətdiyi cinayəti etiraf edib.
Bakı şəhər sakini olan bir qadın Xəzər Rayon Polis İdarəsinə müraciət edərək Türkan qəsəbəsində yerləşən evindən naməlum şəraitdə 2500 manat və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətin ev sahibinin nəvəsi Bakı şəhər sakini Nurlan Nadirov tərəfindən törədildiyi müəyyən olunub. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təqdim edilib. Nadirov nənəsinin evdə olmadığı müddətdə mənzildən oğurluq etdiyini bildirib.
Faktlarla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
- Baxış: 665