Dövlət Sərhəd Xidməti tərəfindən Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanıb.
İran vətəndaşı, Maku şəhər sakinləri Qasımzadə Həsən və Həsənzadə Həmid saxlanılıb, onların ərazidə gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram metafitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə gəlmiş “Hunday Elantra” markalı avtomobildə Bakı şəhər sakinləri Günay Həbibullayeva, Mirtağı Mirnağıyev və İran vərəndaşı İsa Niari saxlanılıblar. Qadının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Niarinin Bakı şəhərində yaşadığı evə keçirilmiş baxış zamanı 100 qram heroin aşkar edilib.Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitələrin satışının təşkilatçısı Ağcəbədi rayon sakini Hümmət Əliyev saxlanılıb, onun mənzilindən 1 ədəd gözyaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd “Lirika” psixotrop həbləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb.Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb.
- Baxış: 980