Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesi davam edir. Layihə Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmirini və stansiyaların yenidən qurulmasının nəzərdə tutur. Bu çərçivədə 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC tərəfindən Zəyəm stansiyasında 1100 metr məsafədə çüt yolun əsaslı şəkildə dəyişdirilməsi işləri aparılır. Layihəyə uyğun olaraq istismar müddətini başa vuran xətlər sökülür, yol yatağı yenidən işlənir və müasir standartlara uyğun dəmir yolu xətləri qoyulur. Yol infrastrukturuna daxil olan rabitə və elektrik xətləri, həmçinin işıqforlar yenilənir. Təmir işləri qatarların hər iki istiqamətə təyin olunan qrafik üzrə hərəkətinə mane olmamaqla aparılır.
Zöhrab Hacıyev 11 saylı İDYM MMC-nin Kürəkçay bazasının rəisi: Aparılan təmir işləri əsasən yollarda qatarların sürətini artırılmasını nəzərdə tutur. Hazırda bu stansiyada sürət olub saatda 40 km saat, təmir işlərindən sonra isə saatda 80-100 km sürət olacaqdır. Stansiya ərazisində qorunan keçitdə əsaslı yenidən qurulub,işlərin sabah yekunlaşdırılması nəzərdə tutulur
- Baxış: 505