Sifarişlərə qarşı da təyin olunan qrafiklə stansiyanın 3 həkim və 46 dezinfektoru tərəfindən tədbirlər görülüb. Ümumilikdə Gəncə şəhər Dezinfeksiya Stansiyasına infeksion xəstəliklərlə bağlı gün ərzində xəstəxana və polknikalardan məlumatlar verilir. Həmin məlumatlar əsasında da həmin yaşayış evi infeksion xəsəliklərə qarşı dezinfeksiya, dezinseksiya edilir. Həmçinin orta məktəblərdə də şagirdlərin başları stansiyanın əməkdaşları tərəfindən pitliyə qarşı yoxlanılır və ona qarşı da tədbirlər görülür. Hazırda stansiyada 8 kq xlorlu həb, 4 kq xlaramin, 340 kq xlorlu əhəng eləcədə digər dərman peraparatları var.
Səlbi Cəfərova - Gəncə şəhər Dezinfeksiya Stansiyasının baş həkimi – “Bu il 23 məktəbdə praflaktik dezinfeksiya, dezinseksiya işləri aparmışıq. Məktəblər sentyabırın 15-də açılacaq. Açılandan sonra bizim işçilərimiz gedib məktəbdə uşaqları yoxlayacaq. Lazım olsa həmin məktəblərdə dezinfeksiya tədbirləri həmin məktəbdə aparılacaq. Həmişə məktəblərdir, uşaq baxçalarıdır, xəstəxanalardır, poliknikalardır bizim tərəfimizdən yoxlanılır”.
Elnur Vahidoğlu
- Baxış: 970