KepezTV Player
Sumqayıtda yolu keçmək istəyən hamilə qadını maşın vurub. Yol-nəqliyyat hadisəsi 24 yaşlı Gilə Əzizzadə piyada keçidi olmayan ərazidən keçərkən qeydə alınıb. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb. Yaralı isə ətrafdakı insanların çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. Qəzanı törədən sürücünün axtarışı aparılır. Faktla bağlı cinayət işi açılıb.
- Baxış: 611