Silahlı insident Sabunçu rayonunun Ramana qəsəbəsi ərazidində törədilib. Kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə Allahverdiyev dünyasını dəyişib. Elxan Kərimov isə xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, tutulub. Saxlanılan şəxsdən 1 ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hadisənin digər iştirakçıları da müəyyən edilib və onların tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 875