• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 09.08.2018 14:47

Göygöl rayonunun Çaylı kəndinə bu ilin sonuna qədər mavi yanacağın verilməsi nəzərdə tutulur

KepezTV Player

Göygöl rayonunun Çaylı kəndinin sakinləri qış mövsümündə istiliyə olan tələbatı odun və duru yanacaqdan istifadə etməklə ödəmək məcburiyyətində qalırdılar. Artıq onların bu problemi həll olunur. Göygölün dağ kəndlərinin qazlaşdırılması çərçivəsində hazırda işlər Çaylıda aparılır. "Azəriqaz" ASC-nin sifarişi əsasında podratçı şirkət tərəfindən kənddə müxtəlif diametrili borular çəkilir, evlərdə sayğaclar quraşdırılır. 753 abonentin yaşadığı Çaylı kəndinə bu ilin sonuna qədər mavi yanacağın verilməsi nəzərdə tutulur.

Zakir Məhərrəmov - kənd sakini: Bu günə qədər camatah istilik sarıdan çox əziyyət çəkirdi. Odunalırdılar və yaxud başqa yanacaq növlərindən istifadə edirdilər.Mavi yanacaq yaxın vaxtlarda veriləndən sonra bu qayğılara son qoyulacaqdır.

Fuad Cəbrayılov - sahə rəisi: Layihəyə uyğun olaraq 44 km uzunluğunda daşıyıcı boru xəttləri çəkilib. Daxili qazlaşmada isə 30 km yaxın xətt çəkilərək yekunlaşdırılıb. İşlər kəndin ucqar hissəsindən 4 istiqamətdə aparılır. Qaz xəttlərini çəkilməsinin tam olaraq payız mövsümündə başa çatdırmağı planlaşdırmışıq.

 

Xaliq Qurbanlı