KepezTV Player
Tovuz Gömrük İdarəsinin əməkdaşları mobil telefon və aksesuarlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar. İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Vətəndaş sorğu-sual zamanı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda qoltuqaltının altında və torpedonun içərisindəki maqnitofonun arxasında - 7 ədəd telefon,15 ədəd "qulaqcıq", 15 ədəd USB kabel, 15 ədəd qidalandırıcı və mobil telefon üçün 12 ədəd qutu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 795