• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 08.08.2018 13:34

Abituriyent müəllimini bıçaqladı

KepezTV Player

İçki və bir anlıq əsəb peşmanlıq gətirib. Abituriyent universitetə hazırlaşarkən illərlə dərs öyrəndiyi müəllimini kitab üstündə bıçaqlayıb. Hadisə necə olub, hansı şəraitdə baş verib, süjetdən biləcəyik.

Gecə saatlarında Abşeron rayon Digah qəsəbəsi ərazisində qanlı olay baş verib. Fiziki-tərbiyyə müəllimi Coşqun Xanbabayev döş qəfəsindən bir bıçaq yarası alıb. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, vəziyyəti orta-ağırdır. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıblar. Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan şəxs bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Mübahisə isə müəlliminin ona verdiyi kitab üstündə yaranıb.

Qeyd edək ki, Coşqun Xanbabayevin hazırladığı Rövşən İsgəndərov bu il keçirilən qəbul imtahanında lazımi bal toplayıb. Ancaq indi tələbəliyin sevincini yox, etdiyi əməlin peşmançılığını çəkir.

Rövşən İsgəndərov barəsində bölmədə toplanan material araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq bölməsinə göndərilib. Fakt araşdırılır.