Göygöl rayonunda 9 fəndən dərs deyən 220 müəllimə “Təhsildə İnnovativ təlimlər” adlı ixtisasartırma kursu keçilir.
Kurslar Təhsil Nazirinin müvafiq əmrinə əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil edilib.
Məcid Məmmədov - iştirakçı: Biz təlimin yeni üsulları ilə tanış oluruq. Hansı ki, biz gələcək işlərimizdə şagirdlərin daha yaxşı nailiyyətlər əldə etməsi üçün yeni-yeni üsullardan istifadə edəcəyik.
Eldəniz Səttarov - iştirakçı: Bilmədiklərimizi və yaxudda daha da dərin tarixin müəyyən incəliklərini birlikdə müzakirə edirik. Bu kursu yüksək qiymətləndirirəm.
Müəllimlərin yüksək qiymətləndirdiyi ixtisasasrtırma kursuna iyulun 30-dan başlanılıb. Kurslar mərkəzləşdirilmiş qaydada 10 qrupda təşkil edilib. Təlimin məqsədi orta məktəb dərsliklərində edilən dəyişikliklər, eləcə də təhsil sahəsindəki yeniliklər haqqında müəllimləri ətraflı məlumatlandırmaqdır. Kursun sonunda bütün iştikaçı müəllimlər üçün yekun imtahan da keçiləcək.
Gülnar Hüseynova - təlimçi: Bu imtahanda 60 sual olacaq. 60 sualı yerinə yetirən hər bir müəllimə sertifkatlar veriləcək. Sertifkatda müəllimin davamiyyət balı hansı ki, bir modul və birdə imtahanda topladığı bal yazılacaq.
Tural Qasımov - təlimçi: Gözlənilən odur ki, yaxın illərdə müəllimlər üçün sertifkasiya adlı imtahan olacaq. Həmin müəllimlərin sertifkasiyaya hazırlamaqdı. Yəni bu təlim onun həyata keçirdiyi və infarmasiya texnalogiyaların tətbiqi üzrə keçirilən kurslardı.
“Təhsildə İnnovativ təlimlər” adlı ixtisas artırma kursu eyni vaxtda respublikanın 23 şəhər və rayon məktəblərinin müəllimləri üçün keçirilir. Təlimlər avqustun 23-də yekunlaşacaq.
Elnur Vahidoğlu
- Baxış: 1304