KepezTV Player
Gədəbəy rayon sakini oğlu tərəfindən döyülüb. Rayonun Toplar kənd sakini, 74 yaşlı Aydın Məmmədhəsənov müxtəlif bədən xəsarətləri Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Ahıl kişi oğlu tərəfindən döyüldüyünü deyib. Onun oğlu Yaşar Məmmədhəsənov polis tərəfindən saxlanılıb. Sərxoş olan gənc atasını döydüyünü xatırlamadığını deyib.
Cəlilabadda da dava baş verib. Rayon sakini, 40 yaşlı Zamiq Nuriyev döyülüb. O, ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 882