Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə Daşkəsəndə MDB iştirakçı dövlətləri gənclərinin iştirakı ilə “Yaradıcılıq emalatxanası” adlı düşərgə təşkil olunub. Bir həftə ərzində yaradıcı gənclər “Milli musiqi alətləri”, ”Rəqs”, “Estrada ifası”, “Dekorativ-tətbiqi sənət”, “Kulinariya” və “Teatr” kimi incəsənət sahələrində təlim və ustad dərsləri keçib, Azərbaycan mədəniyyətinin incəliklərini öyrəniblər. Düşərgə “Qala konsert” və “Sərgi” ilə yekunlaşıb. Yerli və xarici gənclər bir həftə ərzində öyrəndiklərini yekun tədbirdə geniş tamaşaçı kütləsinə nümayiş etdiriblər.
Yuliya Demidko - Belarusdan olan iştirakçı: Sizin mədəniyyətinin, ənənələrininz və musiq alətlərinizlə tanışlıq olduqca xoş təəsuratlar yaratdı. Maraqlı və bizim üçün qeyri-adi idi burada iştirakçı olmaq. Düşərgədə atmosfer olduqca əla idi, başqa ölkələrdən olan həmyaşıdlarımız ilə tanışlıq yeni dostlar qazanmaq təbbidir ki, qarşımızda yeni imkanlar açır.
Beksultan Atakulov - Qırğıstandan olan iştirakçı: Yeni dostlar qazanmaq baxımından düşərgə mənim həyatımda yeni səhifə açdı. Biz burada öz imkanlarımız və bacarığımızı göstərməklə yanaşı, Azərbaycan və digər millətlərdən olan təmsilçilərinin də mədəniyyətinə yaxından bələd olduq. Yeni əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi baxımından bu cür düşərgələrin gənclər üçün rolu böyükdür.
- Baxış: 914