Şəmkirin Yeni Göyçə kəndinin sakinləri mavi yanacağın verilməsinə seviniblər. 61 abonenti olan kəndin qazlaşmasına 3 km-dən artıq daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrin sayı 57-ə, abonentlərin sayı isə 52 minə çatıb. Hazırda rayonun Qaracəmirli kəndində yeni salınan yaşayış massivinin qazla təminatı istiqamətində işlər aparılır. Rəmzi məşəl alovlandırıldıqdan sonra sakinlər qazdan istifadənin sevincini yaşayıblar.
Əfruz İbrahimova – sakin: Bizim indiyədək qazımız yox idi. Odun doğradamaqdan əllərimiz qabar olub. Başqa kəndlərdə gedib görəndə ki qaz yanır deyirdik görəsən bizdə də qaz oalcaqmı. İndi çox sağolsunlar ki bizim bu yeni Göyçə kəndini qazlaşdırdılar.
Əmrah Məmmədov – sakin: Azərbaycanımızın gözəl dilbər güşələrindən biri olan Şəmkirimizin ən ucqar kəndinə belə bir qayğının göstərilməsi çox böyük işdir. Doğurdanda qışdan yaza qədər çox əziyyət çəkirdik. Ancaq indi çox şükür yolumuz var. Qazımız çəkilib. Bizim heç bir çətinliyimiz yoxdur. Gözəl məktəbimzi tikilib.
Natiq Hüseyn
- Baxış: 862