KepezTV Player
Ağdaşda oğurluq faktının üstü açılıb. Belə ki, iyulun 28-də Ağdaş rayon sakini rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib. Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.
- Baxış: 564