Keçirilən reyd zamanı 11 sürücünün qanunun tələblərini pozduğu faktına rast gəlinib və inzibati pratokollar tərtib edilib.
Vahid geyim forması olmayan, nəqliyyat vasitəsini təmiz saxlamayan, dayanacaqdan kənarda sərnişin götürən, sükan arxasında siqaret çəkən və telefonla danışan, hələ bunlar azmış kimi sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən. Gəncədə keçirilən reyd zamanı sadalanan pozuntular 1, 4, 11, 17 və 23 saylı xətt üzrə hərəkət edən ictimai nəqliyat vastələrində rast gəlindi. Qaydaları pozan sürücülər nəqliyyat işçiləri ilə mübahisə də ediblər.
Azər Məmmədov - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin sektor müdiri: Keçirdiyimiz reyddə gördüyümüz kimi hər xəttdən iki üç maşının sənədlərini yoxladıq. Göründü ki, bunlar nizam intizam qaydalarını pozurlar. Onlara qarşı cəza tədbirləri görəcəyik və belə sürcülər xətdən kənarlaşdırılacaq. Bütün nəqliyyat vastələrinin hamısına qaynar xətlər vurulub, sərnişinlər də həmin qaynar xəttdən istifadə edib idarəmizə müraciət edə bilərlər. Bu reydlərimiz mütamadi olaraq davam etdiriləcəkdir. Nizam intizam qaydalarına riayət etməyən sürücülər aşkarlanıb üzə çıxarılıb onların rəhbərləri çağrılıb həmin sürücülərə müəyyən cəza tədbirləri görülüb xətdən kənarlaşdıracağıq.
Gəncədə gün ərzində 28 marşurut xətti üzrə 235 avtobus və mikroavtobus sərnişinlərə xidmət edir. Ümumilikdə isə ilin əvvəlindən indiyə kimi keçirilən reydlər zamanı 250 yaxın sürücü inzibati qaydada cərimələnib. Bu gün onların sırasına daha 11-i əlavə edilib.
Elnur Vahidoğlu
- Baxış: 1252