• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 26.07.2018 14:56

Şəmkirdə Gənclər və İdman Nazirliyinin yaradılması qeyd olunub

KepezTV Player

Şəmkidə dövlət gənclər siyasəti uğurla icra olunmaqdadır. Rayonda gənclərin peşə bacarıqlarının artırılması, işlə təminat, eyni zamanda mühüm vəzifələrə təyinatlar gənclərə əlavə stimul verir. Son 1 ildə 100-ə yaxın gənc özünü idarəetmə orqanlarında, müxtəlif nazirliklərin yerli şöbələrində vəzifələrə təyinat alıb. Bu barədə Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman  Nazirliyin yaradılmasının 24  illiyinə həsr olunan tədbirdə məlumat verilib. Xüsusi ilə vurğulanıb ki, dövlətin qayğısı ilə ölkədə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Şəmkirdə gənclərin istək və arzularına uyğun layihələr həyata keçirilir.

Emin İsmayılov - Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi: Gənclərimiz rayonun içtimai siyası və sosial iqtisadi həyatında fəal iştirak edir. Saon dövlərdə idman və gənclər siyasətində bir çox uğurlarımız var. Rayonda fəaliyyət göstərən gənc həkimlər gənc müəllimlər gənc tərbiyyəçilər birlikləri eyni zamanda Böyük Yol İçtimai Birliyi bütün tədbirlərdə faəl iştirakçıdırlar. Gənclərin cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsi və gənclərin aparıcı vəzifələrə çəkilməsi bu günləri bizim qarşımızda duran vəzifələrdəndir.