KepezTV Player
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub. Hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olduğu müəyyən edilərək 3 saat ərzində təqib edilib və Lənkəranın Nərimanabad qəsəbəsi istiqamətində saxlanılıb. Qayıqda olan İran vətəndaşları – 29 yaşlı Ramazani Omid Nirəc və Rza Rəhimpurun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar edilib. Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.
- Baxış: 616