• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 25.07.2018 15:18

Qərb ragionundə 500-dən çox sahibkar qadın fəaliyyət göstərir

KepezTV Player

Ailə sahibkarlığı ilə məşğul olan qadınların maarifləndirilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması, qeyri formal fəaliyyət göstərən sahibkar qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün maarifləndirilməsi və qadınların əl işlərindən ibarət sərgilərin təşkil edilməsi. İlin əvvəlindən indiyə kim “Sahibkar Qadınlar” İctimai Birliyi bu mövzularda qadınlarla bağlı 4 layihə həyata keçirib. Həmçinin 200-ə yaxın gənc xanıma peşələr öyrədilib və onların sahibkarlıqla məşğul olması üçün köməkliklər göstərilib. Bundan başqa ilk dəfə olaraq Gəncə, Bakı və Lənkarandan olan sahibkar qadınların vergi ödəyicisi kimi qeydiyyata durması üçün təlimlər də təşkil edilib. Bütün bunlar “Sahibkar Qadınlar” İctimai Birliyinin hesabat tədbirində səsləndirilib. 18 ildir fəaliyyət göstərən İctimai Birliyin hazırda Respublikada 6 minə yaxın qadın üzvü var ki, onun da 500-dən çoxu qərb regionunda fəaliyyət göstərir. Bu illər ərzində Birlik 13 ölkənin sahibkar qadınları ilə dostluq memorandomu imzalayıb.

Zemfira Ağayeva - “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: Gələcəkdə belə bir proqramımız var. Çox uğurlu bir layihə nəzərdə tutulub. Dünya Bankının xətti ilə sahibkar qadınların maarifləndirilməsi və onlara texniki yardımın göstərilməsidir. Texniki yardım göstərilməsi böyük bir tədbirdi. Azərbaycanda ən çox bunu nəzərdə tutmuşuq ki, Gəncə regionun da həyata keçirək. Sahibkar qadınlar evdə ailə sahibkarlığı ilə məşğul olurlar çoxlarının maddi imkanları zəifdir onların texniki yardıma ehtiyacı var. Onlara avadnlıqların alınıb verilməsi və bu sahədə maarifləndirilməsi çox böyük məbləğ deyil. Onlar texniki yardımlar alarlarsa daha da inkişafa doğru gedərlər.
 

 

Elnur Vahidoğlu