KepezTV Player
Ağdamın Xındırıstan qəsəbə sakini Afaq Vəlizadə polisə müraciət edərək evində keçirilən yas mərasimi zamanı pul və mobil telefonunun oğurlandığı barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu Vəlizadənin qonşusu Cahid Sədiyevin törətdiyi məlum olub. Saxlanılan şəxs əməlini etiraf edib, hadisə zamanı sərxoş olduğunu bildirib. Sədiyev oğurladığı telefonu Bərdədə tanımadığı şəxsə satıb. Əvvələrdə məhkumluq həyatı yaşayan şəxs barəsində Ağdam Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
- Baxış: 463