Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			25.07.2018 12:20		
		Piyada ilə sürücü yol qəzalarının qurbanı oldular
KepezTV Player
					  
					  					  				Sabirabadda mebel daşıyan “Mercedes” markalı yük avtomobili yolu keçmək istəyən Azada kənd sakini Hikmət Məmmədovu vurub. Yaralı Şirvan Şəhər Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, ağır kəllə-beyin travması alan 49 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Salyanın Gomuşlu kəndi ərazisində 50 yaşlı Çingiz Atayev sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21011” markalı nəqliyyat vasitəsini aşırıb. Şirvan Şəhər Xəstəxanasına aparılan Qarabağlı kənd sakini orada keçinib. Polis faktları araşdırır.
- Baxış: 600
 
