Ağstafa və Tovuzdan olan ictimai fəalların da iştirak etdiyi təqdimatda kitabın Azərbaycan, rus və ingilis dillərində nəşr olunduğu və dövlət başçısının 2003-cü ildən etibarən müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirlərinin toplandığı vurğulanıb. Ölkədə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirilən layihələrdən bəhs olunur. Kitab təkcə Azərbaycan multikulturalizmini deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini, mənəviyyatını öyrənmək istəyənlər üçün də gözəl vəsait olaraq dəyərləndirilib. Kitabın ideya müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Çıxışlarda sərhəd rayonu olan Qazaxda din xaidmləri ilə müətəmadi keçirilən görüşlərdən və dövlət-din münasibətlərində də danışılıb.
Natiq Hüseyn
- Baxış: 792