KepezTV Player
Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü münasibəti ilə ölkədədki asan xidmət mərkəzləri və asan könnüllüərindən ibarət 14 komanda intelektual yarışda üz-üzə gəlib. ASANçılara AXC dövrünü əhatə edən suallar ünvanlanıb. hər komanda 4 nəfərdən ibarət heyətlə təmsil olunub. Finalda Sumqayıt və Quba Asan Xidmət Mərkəzləri ən güclünü ayırd edib və şimallılar yarışın qalibi olublar. Bakı şəhər 2 saylı Asan Xidmət Mərkəzlərinin təmsilçiləri isə 3-cü yerlə kifayətləniblər. Sonda mükafatçılara hədiyyələr təqdim olunub.
- Baxış: 478