"Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində "Təhsil Avtobusu - 2018" Yay Məktəbinin növbəti dayanacağı Şəmkir olub. Şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq məqsədi daşıyan "Təhsil Avtobusu" Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edir. Yay Məktəbi çərçivəsində akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi-inkişaf təlimləri, eləcə də intellektual yarışlarda iştirak edib. Məktəblilər “Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyununda iştirak edib, fəal iştirakçılara sertifikatlar verilib.
Ülviyyə Axundova - “Təhsil Avtobusu-2018” Yay Məktəbinin meneceri: Layihənin uğurları çoxdur. Onlarda artıq 400-ə yaxın şagird və tələbə iştirak edib. Bu il 140-a yaxın şagirdin iştirakı nəzərdə tutulub. Bu il digər illərdən fərqi odur ki bu dəfə modul məktəblər üstünlük təşkil edir. Hansı ki həmin modul tipli məktəblər kəndlərdə yerləşir və onlarda şagird sayı olduqca azdır. Biz düşünürük ki onların belə bir yay məktəbinə daha çox ehtiyacı var.
Natiq Hüseyn
- Baxış: 841