Döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan əsgər Adil Tatarovun prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə təltif olunduğu "Vətən uğrunda" medalı atası Əli Tatarova təqdim olunub. Mərasimdə hərbçinin mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksəldiyi vurğulanıb. Adil Tatarovun bundan əvvəl "Şücaətə görə" medalı ilə təltif olunduğuna və şəhid olduğu əraziyə onun adının verildiyi diqqətə çatdırılıb. Təqdimatdan sonra Müdafiə Naziirliyinin təşkil etdiyi "Bu gün gərək hər anımız vətən desin" devizi ilə kütləvi hərbi vətənpərvərlik tədbiri keçirilib. Tədbirdə vətən, torpaq sevgisini tərənnüm edən mahnılar ifa olunub, şerlər səsləndirilib.
Abdulla Qurbani - əməkdar incəsənət xadimi, polkovnik: Gənclərin Silahlı Qüvvələrin şəxsi heyyətinin vətənə dövlətə xalqa Heydər Əliyev ideyalarına sədaqət ruhunda tərbiyyə edilməsi formalaşması bizim fəliyyətimizin əsasını təşkil edir. Bu mənada Müdafiə nazirliyinin rəhbərliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə silsislə tədbirlər həyata keçirir.
Natiq Hüseyn
- Baxış: 475