Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.07.2018 18:20
Cüdoçular toplanışı başa vurdular
KepezTV Player
Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan yığma komandası Göygöl İdman Olimpiya Kompleksində keçirdiyi təlim-məşq toplanışını başa vurub. Tatami ustaları iki həftə müddətində hazırlıq keçiblər. Toplanışa millinin baş məşqçisi Elçin İsmayılovun rəhbərliyi altında 40-a yaxın cüdoçu qatılıb. Hazırlıq prosesində Fransa yığması, eləcə də Polşa və Rusiyadan olan fərdi idmançılar da yığmamızın üzvləri birgə ilə məşq ediblər. Cüdoçular gündə iki dəfə taktiki-texniki və fiziki dözümlülüyün artırılması üzərində çalışıblar. Komandamız təqvim planına uyğun olaraq qarşıdan gələn mühüm yarışlara hazırlaşır.
Azad Rəfi
- Baxış: 747
