KepezTV Player
Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçılarına Nardaran qəsəbə sakini Rəsul Ələkbərovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman dəhlizin döşəməsinin alt hissəsində 1 ədəd “Ortsan” modelli qundağı ilə lüləsi kəsilmiş tüfəng aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silahın ona məxsus olduğunu, 2013-cü ildə tapdığını və həmin vaxtdan özündə saxladığını etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
- Baxış: 552