Gecə saatlarında Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.Avtoqəza yeraltı piyada keçidinin yaxınlığında baş verib.Məlumata əsasən, "Volkswagen Touareg" markalı minik maşını Heydər Əliyev prospekti ilə şəhərin mərkəzindən aeroport istiqamətində hərəkətdə olan zaman 16 yaşlı Aqşin İslamovu vurub. Müxtəlif xəsarətlər alan yeniyetmə təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun qapalı kəllə-beyin travması aldığı müəyyən edilib və hazırda vəziyyəti orta ağırlıqdadır.Yol qəzasının təfərrüatlarını Nərimanov polisi araşdırır. Məlum olub ki, A.İslamov yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək istəyib. Bu vaxt o, avtomobilin yan güzgüsünə dəyib.
- Baxış: 409