• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 17.07.2018 16:07

Samuxda birinci yarım ilin yekunları müzakirə edilib

KepezTV Player

Samuxda bu ilin birinci yarısında ümumi məhsul buraxılışının həcmi 75,2 milyon manat olub. Sənayedə 35, kənd təsərrüfatında 26 faiz artım qeydə alınıb. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 11 layihə üzrə 111 min manat güzəştli kredit verilib. 165-i daimi olmaqla 377 yeni iş yeri yaradılıb. Carı ilin yarısının müzakirə edildiyi rayonda Samux şəhərində və kəndlərdə tikinti quruculuq işlərinin davam etdirildiyinə diqqət çəkilib. Rayonun 14 yaşayış məntəqəsini əhatə edən mərkəzləşmiş içməli su sisteminin çəkilişinə başlanılıb. Sərakar kəndində və İnstitut qəsəbəsində 650 yerlik yeni məktəb binasının, Qarayeri qəsəbəsində və Alıuşağı kəndində əlavə tədris korpuslarının inşası nəzərdə tutulub. Rayonda ümumi ərazisi 75 hektar olan yeni istixana kompleksi yaradılıb. Əvvəlki illərdə olduğu kimi bu ilin 6 ayı ərzində də əhalinin təbii qaz və elektrik enerjisi təchizatında uzun müddətli fasilələr yaranmayıb. Yığıncaqda əhalinin məşğuluğunun təmin olunması üçün yeni emal və istehsal müəssisələrinin yaradılması eləcə də əkin sahələrinin normal su ilə təchizatı əsas müzakirə mövzusu olub. Mövcud problemlərin həlli istiqamətində tapşırıqlar verilib.