KepezTV Player
Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub. Rayonunun Karrar kənd sakini Rauf İbrahimovun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi və kultivasiya etməsi barədə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Nəticədə adı çəkilən şəxsin Kürdəmir rayonunun Karrar kəndindəki yaşadığı evinin həyətyanı bağ sahəsində əkdiyi 9 ədəd, narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb. Rauf İbrahimov əvvələr də oğurluq maddəsi ilə həbs edilərək məhkumluq həyatı yaşayıb.
- Baxış: 589