• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 16.07.2018 17:06

Gədəbəy sakinlərinin işi asanlaşıb

KepezTV Player

“ASAN”ın səyyər avtobusunun növbəti dayanacağı ucqar dağ rayonu olan Gədəbəydir. Rayon sakinləri iyulun 30-dək Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsinə aid səndələrini tez və asan şəkildə əldə edilə bilərlər. 10 gündən artıqdır rayonda olan avtobusda göstərilən xidmətlərlə bağlı 300-ə yaxın müraciət daxil olur. Bundan başqa Asan Xidmətin səyyar briqadası növbəlilik əsasında Gəədbəyin müxtəlif kəndlərində əhaliyə xidmət göstərir. Ayın sonunadək rayonun 25 böyük yaşayış məntəqəsində səyyar briqadanın fəaliyyəti nəzərdə tutulub. Ötən müddət ərzində Asan Xidmətin səyyar avtobusu 2 dəfə Gədəbəydə olub və 10  minə yaxın vətəndaşa xidmət göstərib.

Vüsal Rzayev qrup rəhbəri: Müraciətlərin sayı günbə-gün artır. Vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ümümvətəndaş pasportalrının verilməsi və dəyişdirilməsi daşınmaz əmlak notariat əməliyyatlar sürücülük vəsiqəsinin  verilməsi və dəyişdirilməsi kimi xidmətlərdən yararlkanırlar. Daha çox müraciətlər isə notrait xidmətlərinin həyata keçirilməsi ilə bağlı olur.

Natiq Hüseyn