Ötən gecə Lerik rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Quba rayonunun Vəlvələ kəndində isə 3,7 ha biçilməmiş taxıl sahəsi, 1 ha kol-kos və 150 ədəd meyvə ağacı qismən yanıb. Yaxınlıqdakı əkin sahələri və meyvə bağları alovdan mühafizə olunub.
Paytaxtın Xəzər rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli 8 otaqlı evdə də yanğın baş verib. Nəticədə evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb, qalan hissəsi alovdan mühafizə olunub.
Qəbələ rayonundakı dördmərtəbəli yataqxanada da anoloji hal yaşanıb.Binanın pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb. Mənzillər alovdan mühafizə olunub.
Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsini də alov cənginə alıb.Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hava küləki olduğu üçün iş çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Hadisə dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi də çətinləşib.60 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlər "Azərenerji"nin yüksək gərginlikli elektrik dirəklərini alovdan mühafizə ediblər. Ümumilikdə 1000 hektar taxıl sahəsi, nar bağlarının alovdan mühafizəsi üçün tədbirlər görülüb.Bütün faktlar araşdırılır.
- Baxış: 546