• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 13.07.2018 16:00

Şəmkir və Kəlbəcərdə yarım ilin yekunları müzakirə edilib

KepezTV Player

Sahibkarlığın inkişafına yaradılan əlverişli şərait nəticəsində 2018-ci ilin 6 ayı ərzində Şəmkirdə 36 milyon manata yaxın investisiya yatırılıb. 2460 yeni iş yerinin yaradılması təmin olunub. Rayonda hesabat dövrünün yekunlarının müzakirə olunduğu iclasda 43 min 10 hektar sahədə səpin aparıldığı və bol məhsul əldə etdiyinə diqqət çəkilib. Rayonda gəlirli sahə hesab olunan istixanaaltı ərazilərin sahəsinin gələn il üçün 100 hektaradək artırılacağı diqqətə çatdırılıb. Yığıncaqda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası, xəstəxanaların təmiri və tikintisinin davam etdirildiyi vurğulanıb. Yerlərdə vətəndaşların təklif və müraciətlərin vaxtında araşdırılması tövsiyyə olunub.

Cari ilin ilk yarısında Kəlbəcərdən olan məcburi köçkünləri narahat edən sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülüb. Yol problemi həllini tapıb, su sarıdan çətinliklər arxada qalıb, mənzillər təmir edilib, tikinti işləri aparılıb. Kəlbəcər ictimaiyyətinin iştirakı ilə cari ilin 6 ayının yekunlarının müzakirə edildiyi yığıncaqda işsiz və iş axtaran vətəndaşlardan 239 nəfərdən 45-nin işlə təmin edildiyi, ali məktəblərə qəbul üçün sənəd verənlərdən 500-ə yaxını keçid balını toplayıb. Hesabat iclasında məcburi köçkünlərin sosial müdafiəsinin yaxşılaşdırılması, aztəminatlı ailələrə xidmətlər göstərilməsi istiqamətində atılan addımlardan da danışılıb. Müzakirələrdə əhalini narahat edən məsələlərin yerlərdə həlli istiqamətində adiyyatı rəhbər şəxslərə tapşırıqlar verilib, qarşıda duran vəzifələrdən danışılıb.